Rusiya Ermənistana təzə qadağalar qoyub
Rusiya Ermənistana təzə qadağalar qoyub
Çap edildi
Rusiyanın Rosselxoznadzor kənd təsərrüfatı agentliyi iyunun 2-dən Ermənistandan diri balıq və balıq məhsullarının, eləcə də əlavə meyvələrin idxalını qadağan edib.
Daha əvvəl Rusiya Ermənistandan gül, mineral su, meyvə və tərəvəz idxalını qadağan etmişdi.
Rosselxoznadzor iyunun 3-dən Ermənistandan nar, badımcan, kartof və quru meyvələrin idxalına, eləcə də bu məhsulların Avrasiya İqtisadi Birliyi ölkələrinə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.
Bu hadisələr iyunun 7-də Ermənistanda keçiriləcək mühüm əhəmiyyətli parlament seçkiləri ərəfəsində baş verir.



