Yerevanda Avropa sammiti: İlham Əliyev video bağlantı ilə qoşulub

Şəklin mənbəyi, Getty Images
Mayın 4-də Yerevanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində 40-dan çox Avropa ölkəsi lideri iştirak edir.
Azərbaycabn Prezidenti İlham Əliyev Zirvə toplantısında videobağlantı formatında çıxış edib, president.az xəbər verib.
Türkiyəni vitse-prezident Cövdet Yılmaz təmsil edir.
Yılmaz 2008-ci ildə "futbol diplomatiyası" adlandırılan proses çərçivəsində Prezident Abdullah Güldən sonra bu səviyyədə Ermənistana səfər edən ilk Türkiyə rəsmisidir.
Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edən liderlər arasındadır. Bu, Ukrayna Prezidentinin Ermənistana ilk səfəridir.

Şəklin mənbəyi, Getty
Bu tədbirin ardınca, mayın 5-də Ermənistan-Avropa İttifaqının ilk sammiti keçiriləcək.
Avropa Siyasi Birliyi 2022-ci ildə, Ruiyanın Ukraynada müharibə başlatmasından sonra Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılıb.























